Bakıda fransız qastronomiya bayramı başladı (Fotolar, video)

Bakıda fransız qastronomiya bayramı başladı (Fotolar, video)

Səfir Oreliya Buşez: "Məqsədimiz həm də Azərbaycan turizminə töhfə verməkdir"

Bu gün Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez və 5 restoranın ( L’Avenue, BarFly, Paris Bistro, Fireworks və Olympia) baş aşbazlarının iştirakı ilə Fransa Səfirliyin igamətgahında növbəti fransız qastronomiyası bayramı ilə əlaqədar mətbuat konfransı baş tutub.

Musavat.com-un tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, səfir O.Buşez çıxışında öncə qastronimiya bayramının açılış gecəsinə yığışanları salamladı. Səfir qeyd etdi ki, tədbirin məqsədi franssızsayağı həyat tərzini tanıtmaq, yerli məhsulların təqdimatını həyata keçirməkdir. Onun sözlərinə görə, Fransa qastrinomiyasının zənginliyi turizmə də müsbət təsir edir: “2020-ci ildə ölkəyə 100 milyon turistin gəlişi gözlənilir. Fransaya gələn turistlər bu seçimi daha çox qastronomiya ilə izah ediblər. Bu tədbir bütün dünyada həyata keçirilir. 5 mindən çox restoranda qastrobomiya bayramı qeyd edilir. Bu dəfəki bayram üçün 5 rəqəmi çox simvolikdir. Bu dəfə bayramda 5 qitə və 5 min restoran iştirak edir. Bakıda isə bu dəfəki bayramda 5 restoran iştriak edir".

Xanım səfir daha sonra aşbazları təqdim etdi. Bildirdi ki, yuxarıda adı sadalanan restoranların hər biri bir şam yeməyi təklif edəcəklər: "Məqsədimiz Fransa mətbəxini azərbaycanlılara daha çox tanıtmaq, onları Fransa səfərinə təşviq etməkdir. Azərbaycan turizmi çox dinamikdir. Bizim də turizmə bir töhfəmiz olsun istədik. Bu bayram çərçivəsində hər bir restoran ayrı-ayrı yeməklər hazırlasa da, onların bir ortaq cəhəti var: hər biri sağlam qidalardan hazırlanıb və yerli məhsullardan istifadə ediblər. Menyularda yerli məhsullardan istifadə olunub".

Daha sonra aşbazlar çıxış etdi. Onlar da təyin edilən tarixlərdə öz spesifik menyuları ilə qonaqları gözləyəcəklərini bildirdilər. Daha sonra hər bir restoranın aşbazı onlara ayrılan guşədə hazırladıqları özəl təamları tədbir iştirakçılarına təqdim etdilər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA