Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq... - VİDEO

Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq... - VİDEO

Bakıda 25 yaşlı gənc qızıl mağazalarından eyni üsulla müxtəlif qızıl dəstlər ələ keçirib. O, internet üzərindən qızıl sifariş verib və ünvana çatdırılan qızılları götürərək aradan çıxıb.

Hurriyyet.org xezerxeber.az-a istinadən xəbər verir ki, Əbdürrəhimov Murad Mehman oğlu öncə qızıl mağazalarının "İnstagram" hesablarına yazaraq qızıl dəstə almaq istədiyini bildirib.

Sonra isə seçdiyi dəstlərin onun ünvanına çatdırılmasını istəyib. Beləliklə, qızılları əldə edən Murad aradan çıxıb.

Satıcının sözlərinə görə, Murad onlardan oğurladığı qızılı başqa bir mağazaya dəyərindən aşağı qiymətə satıb.

Məsələ ilə bağlı Sabuncu polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA