Bakıda gənc oğlanı videoya çəkib şantaj etdilər - "50 manatımı aldılar"

Bakıda gənc oğlanı videoya çəkib şantaj etdilər - "50 manatımı aldılar"

Bakının Nəsimi rayonunda gənc oğlan şantaj edilib.

Hurriyyet.org xəbər verir ki, Göygöl rayon sakini E.Məmmədov şantaj olunması ilə bağlı 19-cu polis şöbəsinə müraciət edib.

Zərərçəkmiş naməlum şəxsin onun qeyri-etik hərəkətlərini videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib, 50 manatını aldığını bildirib.

Polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov saxlanılıb./teleqraf.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz