Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

  • 2019-07-23 18:03:15
  • |
  • Ölkə /

Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

Paytaxtın Xətai rayonunda gənc qız intihara cəhd edir.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, qız “Ukrayna” dairəsinin yaxınlığındakı 9 mərtəbəli binanın damına çıxaraq, özünü atmaq istəyir. Hazırda əraziyə gələn hüquq-mühafizə orqanları və FHN əməkdaşları gənc qızı fikrindən daşındırmağa çalışıblar. Nəticədə polislər qızın başını qataraq, onu ölümdən xilas ediblər. Daha sonra binadan aşağıya düşürülən qız ərazi üzrə polis idarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır və onun nə üçün intihara cəhd etməsi araşdırılır.

*** 17:42

Unikal.org hadisənin təfərrüatlarını araşdırıb. Ətrafda olan şahidlərin sözlərinə görə, intihara cəhdə səbəb oğlan olub. Belə ki, ərazidə iki qız  oğlana görə bir-biriləri ilə mübahisə ediblər. Mübahisə zamanı digər qız intihara cəhd edən şəxsi təhqir edib. Nəticədə də o, qəzəblənərək özünü binadan atmaq istəyib. Həmiun vaxt sözügedən oğlan da ərazidə olub. Qızı FHN-nin əməkdaşları xilas edəndən sonra hər 3 şəxs polis idarsinə aparılıb.

 

Bakıda gənc qız özünü 9-cu mərtəbədən atmaq istədi -FHN xilas etdi (VİDEO)Bakıda gənc qız özünü 9-cu mərtəbədən atmaq istədi -FHN xilas etdi (VİDEO)Bakıda gənc qız özünü 9-cu mərtəbədən atmaq istədi -FHN xilas etdi (VİDEO)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA