Bakıda gözləri görməyən kimsəsiz qocanın üzünü siçovullar yedi - VİDEO

Bakıda gözləri görməyən kimsəsiz qocanın üzünü siçovullar yedi - VİDEO

80 yaşlı Viktor İvanoviç Sabunçu rayonu Qambay Vəzirov küçəsində gördüyünüz bu təhlükə mənbəyi olan yerdə qalır. Özünün dediyinə görə, heç vaxt ailə həyatı qurmayıb. Neçə illərdir gözləri tutulan qoca çarəsiz vəziyyətdə qonşuların ümidinə qalıb.

Sakinlər deyir ki, Viktorun yeganə xatırladığı şəxslər Zabrat 1 qəsəbəsində yaşayan yaxın dostu olmuş İvan İvanoviç və bir vaxtlar onu aldadaraq evini əlindən alıb bu cür təhlükə mənbəyinə atan Montində makler işləmiş İlqardır.

Ona bu vəziyyətdə kömək edənlər isə qonşularıdır. Gülzar xanım Viktoru neçə illərdir tanıyır.

Viktorun pensiyasını isə ona qulluq edən qonşusu Rübail Ağayev və xanımı alır.

Qonşular bildirir ki, bir neçə gün əvvəl siçovullar Viktorun üzünü yaralayıblar./oxu.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA