Bakıda hərəkətdə olan sərnişin avtobusu yandı - YENİLƏNİB - FOTO

Bakıda hərəkətdə olan sərnişin avtobusu yandı - YENİLƏNİB - FOTO

Bu gün Bakıda hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğın hadisəsi ilə bağlı təfərrüat məlum olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev report-a açıqlamasında bildirib ki, yanğın 176 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda olub: “Avtobusda nasazlıq yarandığı üçün təmirə göndərilib. Təmirə gedən zaman yolda yanğın başlayıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb. Sürücü də dərhal nəqliyyat vasitəsini tərk edib. Xəsarət alan olmayıb”.

***

Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda Xocahəsən qəsəbəsindən "Sədərək" ticarət mərkəzinə gedən yolda baş verib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA