Bakıda Heydər Əliyevin doğum günü ilə bağlı konsert və atəşfəşanlıq olacaq - VİDEO

Bakıda Heydər Əliyevin doğum günü ilə bağlı konsert və atəşfəşanlıq olacaq - VİDEO

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq.

Hurriyyet.org Heydər Əliyev Fonduna istinadən xəbər verir ki, konsert proqramında "Rast” qrupu və Rusiyanın "S-BROTHER-S” DJ layihəsi çıxış edəcək.

Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.

Tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, "Rast” qrupu 1993-cü ildə yaradılıb, bədii rəhbəri Əməkdar artist Rəşad Haşımovdur. Pop, rok, caz və milli musiqi janrlarının sintezi qrupa böyük tamaşaçı auditoriyası qazandırıb. ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya, Sinqapur, Türkiyə, İsveçrə, Mərakeş və digər ölkələrdə çıxış edib.

"S-BROTHER-S” rusiyalı əkiz qardaş – Ruslan və Sergey Smirnovlardan ibarət unikal DJ layihəsidir. 2008-ci ildən bütün Rusiyanı gəzib, Portuqaliyadan Çinədək bir çox ölkələrdə qastrollarda olub. "S-BROTHER-S” çılğın enerjisi, özünəməxus üslubu və səhnədəki ekspressiv təqdimatı ilə məşhurluq qazanıb.

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA