Bakıda idarəetməni itirən xanım sürücü qəza törətdi - XƏSARƏT ALDI - VİDEO

Bakıda idarəetməni itirən xanım sürücü qəza törətdi - XƏSARƏT ALDI - VİDEO

Bakıdakı tunellərin birində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində olub.

Aysel Məmmədovanın idarə etdiyi "BAİC" markalı avtomobil tuneldə idarəetməni itirib və yol ayrıcındakı betona çırpılıb.

A.Məmmədova bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağrılmış təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Deformasiyaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA