Bakıda işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi

Bakıda işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq Ağciyər Vərəmi şöbəsinin işdən çıxarılan həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova həmin xəstəxananı məhkəməyə verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib.

İddia ərizəsi Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb. Həmin videoda Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi S.Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib. O, “siz burada oturub camaata torba tikməklə məşğulsunuz, mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək iclas zalını tərk edir. Daha sonra S.Məmmədova işdən çıxarılıb. Əmrdə qeyd edilib ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, S.Məmmədova 1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışıb.

Loading...

QALEREYA