Bakıda işıqforların fəaliyyətində problem yarandı

  • 2018-07-12 18:09:28
  • |
  • Ölkə /

Bakıda işıqforların fəaliyyətində problem yarandı

Bakıda elektrik enerjisinin təminatında yaranan kəsinti ilə bağlı bəzi işıqforların fəaliyəti dayanıb.

Hurriyyet.org-un xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar işıqforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır: “ Həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə işıqforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə işıqforların işi bərpa edilib. Bütün işıqforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür”.

Loading...

QALEREYA