Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

Hurriyyet.org Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA