Bakıda iyrənc mənzərə: Şirniyat məhsullarının üzərində siçovullar gəzir – VİDEO

Bakıda iyrənc mənzərə: Şirniyat məhsullarının üzərində siçovullar gəzir – VİDEO

Müştərilərə satılan şirniyyat məhsulların üzərində sıçovul gəzir. Sosial şəbəkələrdə yayılan bu video geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi də araşdırmaya başlayıb.

Şirniyat məhsullarının üzərində sıçovul gəzir.

Görüntülər Paytaxtın Yasamal rayonunda yerləşən mağazalardan birində lentə alınıb.Satış üçün vitrinə düzülən məhsulların üzərində gəzişən sıçovulu həmin vaxt mağazanın qarşısından keçən bir vətəndaş lentə alıb..

Gündüzlər vitrində satışda olan bu məhsulların dadına gecələr sıçovullar baxır.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu videonu aydınlaşdırmaq üçün biz də üz tutduq həmin ünvana.Lakin mağaza müdiriyyəti məsələ ilə bağlı açıqlama vermədi.

Yaxınlıqda yaşayan sakinlər isə bu mağazanın bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyirlər.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən isə bildirdilər ki, faktla bağlı araşdırmaya başlanılıb. Araşdırmanın nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA