Bakıda kafedə döyülən oğlan xəstəxanada öldü - İş məhkəməyə göndərilib

Bakıda kafedə döyülən oğlan xəstəxanada öldü - İş məhkəməyə göndərilib

Bakıda qətl törətməkdə təqsirləndirilən Nizam Məmmədzadənin cinayət işi üzə ibtidai istintaq başa çatıb.

Hurriyyet.org ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, ötən il oktyabr ayında Xətai rayonunda baş verib. Rayonun M.Hadi küçəsindəki kafelərin birində N.Məmmədzadə aralarında yaranan mübahisə zamanı Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən N.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA