Bakıda keçmiş məhkum bıçaqla köşkə basqın etdi

Bakıda keçmiş məhkum bıçaqla köşkə basqın etdi

Paytaxtda köşkə basqın edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə sentyabrın 8-də rayon ərazisində işlədiyi köşkə girən naməlum şəxsin onu bıçaqla hədələyib 650 manat pulunu aldığını bildirib.

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA