Bakıda kişi qadının üstünə neft töküb yandırdı

Bakıda kişi qadının üstünə neft töküb yandırdı

Bakıda tanış qadınla spirtli içki qəbul edən kişi, sonradan onun üstünə neft tökərək yandırıb.

Bu haqda “Sputnik-Azərbaycan” Xətai Rayon Polis İdarəsinə (RPİ) istinadən məlumat yayıb.

İnsident fevralın 21-də Nobel prospektində, saat 19:40 radələrində baş verib.

Həmin şəxs 41 yaşlı Rübabə Nuriyevanın üzərinə ağ neft tökərək onu oda verib.

Xoşbəxtlikdən, qadına vaxtında ilkin yardım göstərilib və o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkənin baş, boyun nahiyəsi və əlləri yanıb. Qadının həyatına hər hansı təhlükənin olmadığı bildirilir.

Kişi törətdiyi əməldən sonra hadisə yerindən qaçsa da, fevralın 22-də Xətai RPİ-nin 37-ci bölməsinin əməkdaşları onu saxlaya biliblər.

Saxlanılan şəxs zərərçəkənin tanışı olan 33 yaşlı Bakı sakini Tağıyev Qabil İsgəndər oğludur.

Məlum olub ki, cinayəti törətdiyi vaxt hər ikisi spirtli içkinin təsiri altında olub. Bundan savayı, Q.Tağıyev baş verənləri xatırlamır və günahını boynuna almır.

Faktla bağlı cinayət işi açılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA