Bakıda körpüdə aşan "Range Rover"lə bağlı YENİ FAKTLAR: 18 yaşı olmayan sürücü və...

Bakıda körpüdə aşan "Range Rover"lə bağlı YENİ FAKTLAR: 18 yaşı olmayan sürücü və...

Dünən saat 12 radələrində Bakı şəhər Nəsimi rayonu ərazisində - Salamzadə küçəsində yerləşən Papanin körpüsündə baş vermiş yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, sürücünün idarəetməsindən çıxaraq aşan ağ rəngli “Range Rover” markalı, 10 YY 809 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəzadan sonra xəstəxanaya yerləşdirilib.

18 yaşı tamam olmamış və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən şəxs özəl klinikaların birinə yerləşdirilib.

Qeyd edək ki, qəzadan sonra yolda tıxac yaranıb, aşan “Range Rover”I götürülməsi 2 saata yaxın vaxt aparıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA