Bakıda maşın piyadalara çırpıldı - ÖLƏNLƏR VAR

Bakıda maşın piyadalara çırpıldı - ÖLƏNLƏR VAR

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Piyada keçidində sürücü piyadaları vurub. Daha sonra isə maşın avtobusa çırpılıb.

Hurriyyet.org Oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisə səhər saatlarında 10:19-da baş verib:

“Rəşid Behbudov küçəsi ilə hərəkət edən 90-NV-350 dövlət nömrə nişanlı avtomobili idarə edən 1971-ci il təvəllüdlü, Xətai rayon sakini Əmiraslanov Ramiz Nəcəfqulu oğlu sükan arxasında qəfil ürək tutmasından vəfat edib.

Avtomobil hərəkətdə olduğu üçün Şəmsi Bədəlbəyli küçəsində piyada zolağı ilə hərəkət edən üç piyadanı vurub və maşın avtobusa çırpılıb. Nəticədə, bir piyada vəfat edib”.

Vaqif Əsədov qeyd edib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.