Bakıda məktəbdə dəhşət yaşandı - 22 yaşlı müəllim öldü

Bakıda məktəbdə dəhşət yaşandı - 22 yaşlı müəllim öldü

Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, məktəbin fiziki tərbiyə müəllimi 22 yaşlı Əliyeva Gülnar Balarza qızı qəfil vəfat edib.

Belə ki, məktəbdə olarkən gənc müəllimin halı pisləşib və təcili yardım çağırılıb. Tibbi yardım briqadası Gülnar Əliyevanın təzyiqinin kəskin düşdüyünü və infarkt ehtimalının yüksək olduğunu bildirib. Bir qədər sonra müəllim keçinib.

Qeyd edək ki, orta məktəbdə G.Əliyevanın ölümü ilə bağlı guşə yaradılıb və şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşayə qoyublar.

Məktəb rəhbərliyi şagirdlərin yazdığı məktubları vəfat edən müəllimin ailəsinə vermək qərarına gəlib.

Allah rəhmət eləsin!

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA