Bakıda mənzili qarət edən oğru ev sahibini bıçaqladı

Bakıda mənzili qarət edən oğru ev sahibini bıçaqladı

Bakıda ev sahibi oğru tərəfindəın bıçaqlanıb.

Hurriyyet.org-un Trend-ə istinadən məluatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.

Zığ qəsəbəsi, Xanlar küçəsi, nömrəsiz evdə yaşayan, 1995-ci il təvəllüdlü Heydərli Əli Mahir oğlunun evinə pəncərəni sındırmaq yolu ilə oğru daxil olub. Mənzildən gümüş bəzək əşyaları və 20 manatı oğurlayan naməlum şəxs ev sahibi ilə rastlaşıb. Oğru ev sahibini qolundan bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA