Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxdı - FOTO

Bakıda məşhur supermarketdən alınan bulkadan şurup çıxdı - FOTO

Sosial şəbəkələrdə üzərindəki şurupla birgə bişən bulkanın görüntüləri yayılıb.

Həmin un məmulatının Bakıdakı "Neptun” supermarketindən alındığı bildirilib.

Üzərindəki çekdən aydın olur ki, bulka iyulun 8-də alınıb və qiyməti 60 qəpik civarındadır.

"Neptun”dan bildirilib ki, supermarketdə satılan bütün məhsullar vitrinə qoyulana kimi bir neçə nəzarətçi tərəfindən yoxlanılır, daha sonra satışa verilir: "Görüntülərdəki real bir şey deyil. Hər hansı bir anti-reklam olaraq təxribat da ola bilər. Bundan başqa, həmin məhsulun adı açma kaşarlı deyil. Burada ziddiyyətli məsələlər çoxdur", - supermarketdən bildirilib. /report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA