Bakıda mikroavtobus aşdı: yaralılar var - VİDEO

Bakıda mikroavtobus aşdı: yaralılar var - VİDEO

Ötən gün axşam saatlarında Bakının Suraxanı rayonunda mikroavtobus qəzaya uğrayıb.

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, “Quşçuluq savxozu” adlanan ərazidə baş verib.

Həmin ərazidə qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus qəzaya uğrayıb. Qəzaya yüksək sürətin səbəb olduğu deyilir. Sürücü idarəetməni itirib və maşın aşıb.

Nəticədə avtobusun içərisində olan sərnişinlərdən yaralananlaro lub. Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmaya başlanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA