Bakıda missioner yuvası aşkarlandı - Xaricdən gəlmiş şəxslər deportasiya edildi

  • 2019-01-11 18:14:03
  • |
  • Ölkə /

Bakıda missioner yuvası aşkarlandı - Xaricdən gəlmiş şəxslər deportasiya edildi

Yanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, qeydolunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən həmin əcnəbi vətəndaşlar cərimə olunmuş və ölkəmizdən departasiya ediliblər.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA