Bakıda “nəzakətli” soyğunçu saxlanıldı - FOTO

Bakıda “nəzakətli” soyğunçu saxlanıldı - FOTO

Yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu soyğunçuluq yolu ilə əlindən alıb.

Hurriyyet.org-un məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib. Amma orada istəyinə nail ola bilməyən C.Sultanov F.Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.

Qeyd edək ki, saxlanılan şəxs zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün F.Həsənovun özünə geri qaytarıb.

Faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA