Bakıda oğul telefon almağa görə anasını ÖLDÜRÜB

Bakıda oğul telefon almağa görə anasını ÖLDÜRÜB

Bakıda telefon həvəsi gənc oğlanı dəmir barmaqlıqlar arxasına göndərib. Hər halda, 26 yaşlı Eldar Müslümov anasını öldürməsini belə izah edib.

Hadisə fevralın 18-də baş verib. Evdə anası Nailə Müslümova ilə mübahisə edən Eldar stulla onun sinəsindən vurub. Qadın yıxılıb, başı divara dəyib. Eldar dərhal evdən çıxıb, anasının vəziyyəti ilə maraqlanmayıb. Geri qayıdanda təcili tibbi yardıma zəng vurub, amma həkimlər qadının həyatını xilas edə bilməyib.

Polis Eldarı həbs edib. Cinayət işi başlanıb. Eldar ilkin ifadəsində anasından ona smartfon almasını tələb etdiyini bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. \\Bizimyol.info

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA