Bakıda OLAY: İki nəfər özünü binanın damından yerə atmaq istədi

Bakıda OLAY: İki nəfər özünü binanın damından yerə atmaq istədi

Bakıda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloyi söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA