Bakıda özünü pəncərədən atan məktəbli qız DÜNYASINI DƏYİŞDİ

  • 2019-04-06 12:04:57
  • |
  • Ölkə /

Bakıda özünü pəncərədən atan məktəbli qız DÜNYASINI DƏYİŞDİ

Aprelin 4-də intihar məqsədilə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbədən özünü atan 14 yaşlı Elena Hacıyeva bu gün müalicə aldığı Klinik Tibbi Mərkəzdə keçinib.

Hurriyyet.org bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a faktı təsdiqləyiblər. Uşağın vəziyyəti dünəndən pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu.

Anası Sevil Hacıyeva qızına məktəbin yuxarı sinif şagirdləri tərəfindən təzyiq edildiyini, bununla bağlı direktor və müəllimlərin məlumatlandırıldığı halda tədbir görülmədiyini deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA