Bakıda qaçırılmış maşın hasara vurulmuş vəziyyətdə tapıldı

Bakıda qaçırılmış maşın hasara vurulmuş vəziyyətdə tapıldı

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən "VAZ-21011" markalı avtomobilinin qaçırıldığını bildirib.

Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 20 radələrində Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA