Bakıda qadın 3 kişini belə aldatdı - RƏSMİ MƏLUMAT

Bakıda qadın 3 kişini belə aldatdı - RƏSMİ MƏLUMAT

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Hurriyyet.org Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını bildirİblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini F.Abbaspur olduğu müəyyən edilib. .

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən qadın saxlanılmışdır. Onun daha 3 nəfərə qarşı dələduzluq etməsi də aşkarlanıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA