Bakıda qadın kişini döydü – Cinayət işi açıldı

Bakıda qadın kişini döydü – Cinayət işi açıldı

Binəqədi rayonunda kişiyə qarşı zorakılıq etmiş qadına cinayət işi açılıb.

Hurriyyet.org xəbər verir ki, Binəqədi rayon Polis İdarəsində Həmidova Rəna Cəfərqulu qızı barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb. İş üzrə Elnur Rəfiyev zərərçəkən şəxs qismində tanınıb.

Qadının kişini hansı səbəbdən döyməsi hələlik məlum deyil.

İşə Binəqədi rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq./publika.az/