Bakıda qadına təcavüz edib gizlənən kişi ələ keçdi - TƏFƏRRÜAT

Bakıda qadına təcavüz edib gizlənən kişi ələ keçdi - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonunda seksual xarakterli cinayət baş verib.

Hurriyyet.org-un teleqraf.com-a istinadən məlumatına görə, rayon ərazisində A.Həsənov bir qadını seksual xarakterli hərəkətlərə məcbur edib.

Seksual zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına şikayət edib.

A.Həsənovun barəsində şikayət olunsa da, bir müddət onu tutmaq mümkün olmayıb.

Dünən 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə ) maddəsi ilə ittiham elan edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA