Bakıda qardaşının arvadını öldürən şəxsə HÖKM OXUNDU

Bakıda qardaşının arvadını öldürən şəxsə HÖKM OXUNDU

Qətl törətməkdə ittiham edilən şəxsə hökm oxundu.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ələkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ə.Abdullayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, hadisə ötən il avqustun 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb. Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

B.Abdullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA