Bakıda qatar qadını vurdu

Bakıda qatar qadını vurdu

Keşlə qəsəbəsi, “Çerment körpüsü” kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.