Bakıda sakinlər qorxu içində - Naməlum şəxs binanı oda verdi - FOTOLAR

  • 2018-04-21 15:13:28
  • |
  • Ölkə /

Bakıda sakinlər qorxu içində - Naməlum şəxs binanı oda verdi - FOTOLAR

Bakının Hövsan qəsəbəsində ötən gün müəmmalı hadisə baş verib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, qəsəbənin Rasim Şahsuvarov 28 küçəsində yerləşən 1 nömrəli binanın dəhlizində naməlum şəxs yanğın törədib.

Belə ki, aprelin 19-u gecə saat təxminən 02:00-04:00 aralığında naməlum şəxs binanın 1-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər bütün dəhliz və pilləkanlara benzin töküb və onu alışdırıb.

Yanğın nəticəsində öz mənzillərində girov qalan sakinlər Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə xidmətinə zəng edə biliblər. Əraziyə cəlb edilən 3 yanğınsöndürmə maşını alovun qarşısını alaraq baş verə biləcək faciənin qarşısını alıblar.

Yanğın binanın dəhlizinə ciddi ziyan vurub və eletrik sayğaclarını əridib, binanın işıq, qaz və su kommunikasiyalarına ziyan vurub.

Hadisəni törədən şəxsin kimliyi hələ müəyyən olunmayıb. Buna görə də bina sakinlərinə modern.az-ın əməkdaşına öz narahatlıqlarını bildiriblər və məsələ ilə bağlı ciddi araşdırma aparılmasını arzu ediblər.

Sakinlər yanğının özündən sonra qoyduğu fəsadları əks etdirən fotoları da göndəriblər.

Loading...

QALEREYA