Bakıda sərnişin avtobusu evakuatorla toqquşdu: 4 qadın xəsarət aldı

Bakıda sərnişin avtobusu evakuatorla toqquşdu: 4 qadın xəsarət aldı

Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, 104 saylı marşrut avtobusunun evakuatorla toqquşması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA