Bakıda tələbəni maşın vurdu - FOTO

Bakıda tələbəni maşın vurdu - FOTO

Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org-un ONA-ya istinadən məlumatına görə, xəsarət alan şəxsin, Texniki Universitetin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazlı İlkin Bəxtiyar oğlu olması müəyyən edilib.

Şahidlərinin sözlərinə görə, İ.Şahbazlı yol kənarında saxladığı şəxsi avtomobilinə minmək istəyərkən maşın onu vurub.

Faktla bağlı araşdırma aparılır.

Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. ONA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, xəstə reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA