Bakıda üç yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

Bakıda üç yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

Sabunçu rayonunda üç yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də, 19:00 radələrində Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1V ünvanında baş verib.

2016-ci il təvəllüdlü Hüseynova Ayan Elnur qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA