Bakıda UTANCVERİCİ hərəkət - Ər əliuşaqlı hamilə arvadını metroya atdı (FOTO)

Bakıda UTANCVERİCİ hərəkət - Ər əliuşaqlı hamilə arvadını metroya atdı (FOTO)

Bakıda əliuşaqlı hamilə qadın əri tərəfindən küçəyə atılıb.

Hurriyyet.org
Baku.ws-ə istinadən xəbər verir ki, ailəsindən imtina edən kişi onları metro stansiyalarının birində buraxıb və çıxıb gedib.

Polislər küçədə qalmış köməksiz qadını "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil veriblər.

Sığınacağın sədri Mehriban Zeynalova Baku.ws-ə açıqlamasında qadına hüquqi və maddi yardım göstərilməsini təmin etdiyini bildirdi:

"Bir həftə polislər əri tərəfindən metroya atılan qadını sığınacağa gətirdilər. Ananın və uşağın heç bir sənədi yox idi. Rüsum ödəyib ikisinin də
sənədlərini aldıq. Qadının işə düzəlməsi üçün sənəd çox vacib idi. İndiyə qədər sənədi olmadığında süd pulunu da ala bilməyib, bundan sonra alacaq".

Mehriban xanımın sözlərinə görə, ailənin bərpası üçün qadının əri ilə aparılan danışıqlar nəticə verməyib. Araşdırma zamanı məlum olub ki, küçəyə atılan hamilə qadının qucağındakı körpə birinci ərindən imiş. Həyat yoldaşından ayrıldıqdan sonra yaxınlarının vasitəsilə yenidən ailə qurub və hamilə qalıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA