Bakıda xanım sürücü avtomobili tunelə çırpdı - VİDEO

Bakıda xanım sürücü avtomobili tunelə çırpdı - VİDEO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org ona.az-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobili idarə edən xanım Yeni Yasamaldan çıxaraq yüksək sürətlə Bakı Kənar Dairəvi yolundakı tunelə daxil olmaq istəyib, lakin idarəetməni itirib və avtomobil tunelin beton plitəsinə çırpılıb.

Sürücü bildirib ki, onunla paralel sağ zolaqda avtomobil hərəkət edib. Tunelə girişdə sözügedən avtomobil qəfil onun qarşısına çıxıb.

Əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Sürücünün sərxoş olub-olmamasını aydınlaşdırmaq üçün o, müvafiq məntəqəyə aparılıb.

Fakt araşdırılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA