Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınbirinci mərtəbədən 24-cü mərtəbəyə qədər davam edib.

Bu barədə “Report”a Dövlət Yanğından Mühüfizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov məlumat verib.

O, yanğının tam söndürüldüyünü deyib.

Ə.Novruzov bildirib ki, binada olan bütün sakinlər təxliyə edilib, hazırda binada heç kəs qalmayıb. Ümumilikdə təxminən 60-dan çox sakin təxliyə olunub. Yanğına görə əraziyə 18 yanğınsöndürən maşın və 70 nəfər canlı heyət cəlb olunub. 

***

Fövqəladə Hallar Nazirliyinin Bakı şəhər Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Hurriyyet.org nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, binada elektrik kabellərində tüstülənmə var. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***

Bakıda yaşayış binası yanır.

Hurriyyet.org bildirir ki, ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, "Lider" televiziyasının yaxınlığında qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb ediliblər.

Bakıda yaşayış binası yanır | Foto qalereya

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA