Bakıda yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın - VİDEO - YENİLƏNİB

FHN Binəqədi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Hurriyyet.org bildirir ki, nazirlikdən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Hazırda Bakının 9-cu mikrarayon ərazisi, Mir Cəlal 139 ünvanında yerləşın 9 mərtəbəli binanın 7-ci mərtəbəsində güclü yanğın başlayıb.

Yanğınsöndürən maşınları hadisə yerinə gəlib./axar.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA