Bakıdakı bağçaların qışa hazırlığı yoxlanacaq

  • 2019-09-10 10:42:15
  • |
  • Sosial /

Bakıdakı bağçaların qışa hazırlığı yoxlanacaq

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən bağçaların qışa hazırlığı ilə bağlı sərəncam imzalanıb və müvafiq komissiya yaradılıb.

BŞİH-dən verilən xəbərə görə, sərəncama əsasən, paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.

Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA