Bakının Biləcəri qəsəbəsində avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILACAQ

Bakının Biləcəri qəsəbəsində avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILACAQ

Aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gün gecə saatlarındam martın 14-ü axşam saatlarına qədər Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Ordubadi küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumatda deyilir ki, sözügedən küçəyə avtomobillərin daxil olması Binəqədi şosesi və Azadlıq prospekti ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq Binəqədi-Biləcəri avtomobil yoluna yönəldiləcək.

Ordubadi küçəsinə digər istiqamətdən məhdudlaşma Yəhya Hüseynov küçəsi ilə kəsişmədə yerləşən dairədən tətbiq ediləcək. Sözügedən ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillər alternativ olaraq Asəf Zeynallı küçəsi vasitəsi ilə Bİləcəri-Binəqədi yoluna yönəldiləcək.

Sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA