Bakıxanovun 225 illik yubileyi qeyd olundu - FOTOLAR

Bakıxanovun 225 illik yubileyi qeyd olundu - FOTOLAR

30.06.2019-cu il tarixdə Quba rayon MKS-nin Oxu zalında, MKS-nin və “Gülüstan” elmi-ədəbi məclisinin birgə təşkilatçılığı ilə Azərbaycanın böyük alimi, filosof və şairi Abbasqulu ağa Bakıxanovun Qüdsinin 225 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə “Yurd sevgisi” qəzetinin baş redaktoru Nurəddin Faxralı, “Dərbənd” qəzetinin şöbə redaktoru, “Gülüstan” Ədəbiyatçılar İttifaqının sədri Tahir Saleh, “Şabran” ədəbi məclisinin sədri Qafar Süleyman, Xaçmaz rayonundan “Ulduzlar” ədəbi məclisinin üzvləri, kitabxana işçiləri və mərkəzi kitabxananın fəal oxucuları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan “Gülüstan” elmi-ədəbi məclisinin sədri Şıxəmməd Seyidməmmədov qonaqları və ümumilikdə tədbir iştirakçılarını salamlayaraq bu günkü məşğələnin Azərbaycanın tanınmış alimi, şairi və “Gülüstan”ımızın qurucusu olan A.A.Bakıxanovun 225 illiyinə həsr olunduğunu bildirdi. Daha sonra MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək dahi mütəffəkkirin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə çıxış edən T.Saleh, Cabir Albantürk, Kərim Dünyamalı, Mövlud Ağəmməd, Böyükağa Ağa, Pirəli Rüklü, Rizvan Qiblədağlı, Asvar Tufandağlı, Mehrəli Quliyev, Qüdrət Hüseynov, Yusif Şabanov, Nəzər Mirzəyev, Seyfəddin Dalğın, Müşfiq Fərzəliyev və başqaları görkəmli şair, tarixçi alim A.Bakıxanov haqqında söhbət açmağla yanaşı şeirlər də söylədilər. Tədbirin ikinci hissəsində şair-publisist M.Quliyevin “Bir əsgərin gündəliyindən” adlı kitabı da təqdim olundu və bu münasibətlə təbriklər səsləndi. Daha sonra tədbir iştirakçıları A.Bakıxanov adına Quba Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya etdilər. Muzeydə ziyarətçilərə Qubanın tarixi, A.Bakıxanovun həyat və yaradıcılığı, həmçinin muzeydə mühafizə olunan ekspanatlar barədə marağlı məlumatlar verildi.