“BANK OF BAKU”nun ƏSAS SƏHMDARININ AKTİVLƏRİNƏ HƏBS QOYULDU – Zərrab işi

“BANK OF BAKU”nun ƏSAS SƏHMDARININ AKTİVLƏRİNƏ HƏBS QOYULDU – Zərrab işi

Türkiyədə İran əsilli azərbaycanlı qızıl taciri Rza Zərraba qarşı “casusluq” ittihamı ilə qaldırılmış cinayət işi çərçivəsində “NAB Holding”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulub. Bu barədə Türkiyənin “Sözçü” qəzeti yazır. “NAB Holding” Azərbaycanda “Bank of Baku”nun əsas səhmdarıdır.
Rza Zərrab ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunurdarq həbsə alınmışdı. Lakin sonradan məlum oldu ki, o, elə əvvəlcədən ABŞ-da FETO-nu idarə edən çevrələrə bağlı olub. Zərrabın hay-küylü həbsində əsas məqsəd də ictimai rəyə onun Türkiyə hökumətinə bağlı, məxfi məlumatları bilən biri kimi sırımaqdı. Buna nail olduqdan sonra Zərrabı müttəhimdən şahidə çevirdilər. Və Türkiyə hökumətinin əleyhinə əvvəlcədən hazırlanmış iftiraları, saxta ittihamları onun dilindən məhkəmədə məxfi məlumatlar kimi təqdim etməyə başlayıblar.

Ankaranı, Türkiyə hökumətinin üzvlərini, dövlət bankı olan “Halkbank”ın rəhbərliyini günahlandırmağa heç bir dəlil olmadığından, Zərrabın az qala hər sözünü məxfi bir sənəd kimi təqdim etməyə çalışırlar. Gülməli olsa da, Zərrabın adi kağıza yazdığı hərflər belə şifrələnmiş “əməliyyat sənədi” kimi təqdim olunur. Bütün bunlar ABŞ-da Türkiyə hökuməti əleyhinə ucuz bir teatr qurulduğunu göstərir. Məqsəd belə saxta oyunlrla Ankaranın başını qataraq, PKK-ya yeni dövlət qurmaq, Suriya, İraqı və hətta Türkiyəni parçalamaq, qan gölünə çevirdikləri Yaxın Şərqdə süllhün yaranmasına imkan verməməkdi. ABŞ-ı da idarə edn “Böyük güclərin” əlində oyuncağa çevrilmişTrampın Qüdsü İsrailin payrtaxtı kimi tanımasına dair cəfəng bəynatı da bu məqsədə xidmət edir.

219295_res_00

Türkiyə hökuməti isə bu oyunları pozmaq istiqamətində qətiyyətli addımlar atır. Zərrabın ABŞ-dakı məlum dairələrə “satıldığı” təsdiqləndikdən sonra Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldıraraq onun aktivlərinə həbs qoyub, habelə 17 nəfəri həbs edib.

Həmin cinayət işi çərçivəsində Rza Zərrabla bağlılığı olan cəmi 23 nəfərin aktivlərinə həbs qoyulduğu bildirilir. Onlardan biri də “NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Oromidir. Həmin holdinq Rza Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkətidir.

Qəzet yazır ki, ötən həftə sonu polisə Oromi ailəsinə məxsus “NAB Holding”in İstanbul Sarıyer Kireçburnudakı mərkəzi ofisində sənədlərin yandırıldığı haqda məlumat daxil olub. Bu məlumatla bağlı ofisdə axtarış aparılıb və şirkətin mühasibi tutulub.

Aktivləri dondurulan Omid Oromi isə baş verənlərdən narahatlıq ifadə edir: “Mənim və şirkətimizin Rza Zərrabla heç bir əlaqəsi, münasibəti yoxdur. Onunla ötən on ildə cəmi bir-iki dəfə görüşmüşəm. Bu görüşlər hansısa ziyafətlərdə təsadüfi qarşılaşmalar şəklində olub. Onunla nə münasibətimiz, nə səmimiyyətimiz yoxdur”.

rza zerrab mehkemeyede

“NAB Holding”in idarə heyətinin rəhbəri Omid Orominin əmisi Bəhram Oromidir. Bəhram Oromi isə Rza Zərrabın bacısı Şeyda ilə evlidir. Omid Oromi holdingin qurucusu və idarə heyətinin üzvü Nadir Orominin oğludur. Habelə holdinqin kiçik səhmdarıdır, idarə heyətinin üzvüdür.Şirkətin əsas səhmdarı Bəhram Oromidir. Oromi ailəsinə məxsus olan “NAB Holding” Azərbaycanın ən iri banklarından olan “Bank of Baku”nun əsas səhmdarıdır, bankın səhmlərinin 40 faizi bu holdinqə məxsusdur. Holdinqin saytında maliyyə sahəsində fəaliyyət olaraq “Bank of Baku” barədə məlumata yer verilib.

Omid Orominin digər əmiri Şəhram Oromi Rza Zərrabla əlaqələri olduğu haqda məlumatlardan sonra holdinqin idarə heyətini tərk etmişdi.

Rza Zərrabın bacısı Şeyda Oromi qardaşı ilə birlikdə bir neçə il əvvəl Türkiyədə turizm və otel biznesinə başlayıb, “Arkla Otelçilik və Turizm AŞ” şirkətini qurub. Zərrabın yatırımları ilə kapitalı 135 milyon dollara çatan şirkət daha sonra Şeydanın idarəçiliyinə keçib. Rza Zərrab Amerikaya getməzdən əvvəl şirkəti qardaşı Can Zarraba təhvil verib.

Anne Darse291106-big

Qeyd edir ki, “Bank of Baku” və Oromi qardaşları, habelə İranın Bakıdakı gizli şəbəkəsi barədə ABŞ-ın Bakıdakı səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona – Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi. Həmin teleqramı 2011-ci ilin yayında WikiLeaks saytı yaymışdı.

Həmin sənəddə bildirilirdi ki, Oromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur.

Diplomat məktubunda Rza Zərrabın bacısının əri Şəhram Oromi haqqında daha geniş məlumat verir: “Şəhram Oromi milliyyətcə azərbaycanlı olan iranlıdır. İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhran 1988-ci ildə Türkiyədə “Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var.
1bor

Bu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Orominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub”.

Bu qardaşların adı sənəddə başqa bir iranlı iş adamı- Cəmşid (“Juşkar”) Mahmudoğlu ilə birlikdə keçir.
Cəmşid (“Juşkar”) Mahmudoğlu kimi göstərilən iranlının da milliyyətcə azərbaycanlı olduğu bildirilir. O və qardaşları Türkiyə vətəndaşlığı alıb: “Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Oromi qardaşlarının adları da yer alır…
1nab

İki iranlı mənbə təsdiq edir ki, Cəmşid Mahmudoğlunun oğlu İranda keçmiş prezident, ayətullah Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir.”

Sənəddə bildirilir ki, Mahmudoğlu və Oromi qardaşları Dubayda “Silsila General Trading” adlı şirkət təsis ediblər, bu şirkət “NAB Group”un tərkibinə daxildir. Onlar Almaniyanın “Bosh” şirkətinin lisenziyası əsasında istilik sistemləri istehsal edir.

1be

Azərbaycanda adı çəkilən şəxslər “Baku Electronics” şirkəti və “Bank of Baku” ilə ortaqdır. “Bank of Baku”nun əvvəllər iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumlarına məxsus olduğu deyilirdi. Oromi qardaşlarından fərqli olaraq Cəmşid Mahmudoğlunun həmin bankda səhmdar olduğu bildirilir: “Mahmudoğlu və qardaşları “Bank of Baku”da iri səhmdarlardır. “Bank of Baku” bəzən türk bankı kimi də təqdim olunur.
Ş.Oromi “Bank of Baku”nun qurulmasına da kömək edib, bu bankda 1999-2007-ci illər ərzində məsul vəzifə tutub, ancaq bu yaxınlarda (2009-cu ildə-red.) bankdakı hissələrini nüfuzlu azərbaycanlıya satıb. Orominin firmalarının İran rejiminin maraqları üçün işlədiyi bildirilir.
Şəhram Oromi həm də İranın Bakdakı keçmiş səfiri, hazırda bu ölkənin Ali Təhlükəsizlik Şurasında işləyən Əhəd Qəzayinin yaxın dostudur.

Teleqramda Enn Dersinin maraqlı başqa bir qeydi də yer alır: “Xalq Bank “Bank of Baku”nun keçmiş işçiləri tərəfindən qurulub. O, İran firmaları və biznesmenləri arasında çox populyardır. Həmçinin iranlılar “Royal Bank of Baku”(Royal Bank) ilə də sıx işləyir, bu bank əslən iranlı olan amerikalınındır”.

1

“Xalq Bank”la yaxın biznesi olan iranlı iş adamı kimi isə Adil Şərəbaninin adı çəkilir: “O, iranlı valyuta alverçisi və Tehranda “sıx əlaqələri” olan şəxsdir. A.Şərəbani əvvəllər İran Milli Bankında menecer işləyib, hazırda Bakıdakı “Xalq Bank”la yaxın biznesi var.
A.Şərəbani İranda müəmmalı şəraitdə müflis olduqdan sonra Bakıya köçüb. O, kifayət qədər varlı biridir və məlumatlara görə, İranın Fədailər Fondu (“Banyadeh Mostazafan” ) ilə işləyir. Bu fondun Azərbaycandakı biznesinə və investisiya fəaliyyətlərinə nəzarət edir. Fondun Bakıda yuyucu vasitələr, o cümlədən “Darya” sabunları istehsal edən fabriki var.
İranlı mənbənin dediyinə görə, onun dostu bu yaxınlarda (2009-cu il) Şərəbaninin İrandan daxil olan 5 milyon dollar nağd pulu “Bank of Baku”ya yatırdığını görüb, bu pullar kitablarda əks olunmayıb. Mənbə pulların Şərəbaniyə hansı məqsədlə verildiyini bilməyib.
İran rejiminə müxalif digər mənbə isə deyib ki, Şərəbani tez-tez “Bank of Baku”ya belə yatırımlar edir. İranlı biznesmen isə Şərəbaninin İran hakimiyyəti ilə yaxşı əlaqələri olduğunu, Tehran rejiminin pullarının yuyulmasını təşkil edən fiqur kimi tanındığını deyib”./azpolitika.info/

  • Hamısı
  • Loading...