Banu Avar: “Qlobal dinozavrlar və  televiziya maşını”

Banu Avar: “Qlobal dinozavrlar və  televiziya maşını”

Qlobal mafiya hədəfinə çatmaq üçün MEDİA-dan istifadə edər... Ona görə də ilkin vəzifəmiz izlədiyimiz hər bir informasiyaya tənqidi yanaşmaqdır. Qarşımıza qoyulan xəbərin altında nə olduğuna baxmaqdır. Gizli mesajların əslini-astarını axtarmaqdır...
Televiziya və qəzetlərdəki bütün xəbərləri, bütün sənədli filmləri, tarixi çıxışları, mübahisə proqramlarını, bədii filmləri, uşaq, gənclik və qadın proqramlarını, yarışları diqqətlə süzgəcdən keçirməliyik.

Necə bir təcavüzlə üzbəüz olduğumuzu başa düşmək və başa salmaq, həqiqətləri örtən pərdəni açmaq ilk vəzifəmiz olmalıdır...

Cozef Nay ABŞ Milli Təhlükəsizlik təşkilatının ən mühüm mütəxəssislərindən biridir. Eyni zamanda həm də akademikdir...

Enerji mənbələrinə sahib olan bir ölkənin qlobal qüvvələr tərəfindən hədəf seçildikdə bir neçə yolla hücuma uğradığını başa salır... Bu yollara SOFT POWER (yumşaq güç), HARD POWER (sərt güç), və SMART POWER (ağıllı güç) adını verir. Yumşaq güç, YERKÖKÜ metodu olaraq da adlandırılır. Buna görə də hədəf ölkə idarəçiləri pul ilə dilə çəkilir... Bol miqdarda kredit və rüşvət verilir... Bu metod işə yaramasa, DƏYƏNƏK metodu işə düşür. Daxildən çevriliş, xaricdən işğal metodları sınanır. Ya da YERKÖKÜ və DƏYƏNƏK eyni zamanda istifadə edilir...

Ağıllı gücdən istifadə eləməklə hədəf ölkəyə əl atılır...

Bütün bu əməliyyatların rahatca həyata keçirilməsi üçün İLK NÖVBƏDƏ xalqın AĞIK GÜCÜ zəiflədilməlidir. O səbəbdən MEDİA ilə BEYİN YUMAQ daxil olunan ilk müharibədir...

Əvvəlcə MİLLİ MEDİA yox ediləcək. Bütün mətbuat, informasiya orqanları ələ keçiriləcək...

O səbəbdən 1947-ci ildə ABŞ Marşall yardımı adı altında Türkiyə iqtisadiyyatına əl qoyarkən əlavə razılaşmalar daxilində MƏTBUAT və TƏHSİL üzə nəzarəti ələ keçirib...

Hədəf ölkə insanlar düşünə bilməyəcək və ya səhv düşünə biləcək vəziyyətə gətirilməlidir...

O zaman həqiqəti görə biləcək və bu istiqamətdə hərəkətə keçə biləcək kütlələr sağa-sola sovrulur. Birləşmələri imkansızlaşır. Saxta bir DEMOKRATİYA OYUNU içərisində imperializmin istəkləri çərçivəsində onlara DƏLİ KÖYNƏYİ geyindirilir... Öz iradələri ilə hərəkət etdiklərini hesab edən şəxslər “televiziya insanları” olaraq kütlələr formalaşdırırlar...

İmperializm deyir: “Düşməni yox eləməyin ən asan yolu onun özünün-özünü yox eləməsini təmin eləməkdir!” Beyinləri yuyulmuş şəxslər həm özləri, həm də cəmiyyətlə döyüşməyə hazırdırlar... İğtişaşları bəsləyən ən mühüm amillər olan yoxsulluq və işsizlik ÖZƏLLƏŞDİRMƏLƏR sayəsində təmin edilib... Pulsuzluqdan evə həbs edilmiş şəxslər televiziyaların əsiridirlər... Və istənilən kimi istiqamətləndirirlər...

Pul qazanmaq fikri belə TV studiyalarına sıxışdırılır... Ümid fabriklərdə, sənayedə, tarlada yox, TV yarışlarında qazanılacaq məbləğdədir!

Hər rayondan, hər məhəllədən olan adamların belə televiziya ekranlarına çıxa biləcəyi şərait yaranıb... Evlənmə proqramında iştirak edən və ya ona tamaşa edən, geyinib-keçinmək proqramında yarışçı olan, “yetənəksizsiniz”də iştirak edən və onların ailələri, uzaq qohumları hər hansı bir formada sanal aləmin aktyorları olurlar və cəmiyyətin içərisi bir növ xərçəng xəstəliyinə tutulmuş orqanlar kimi çürüyürlər...

Bu proqramların insanları eyni tip geyinib, eyni mahnıları söyləyəcək, eyni zarafatları edəcək haldadırlar...

Özünü və millətini “alçaltmaq”!

Media bir yandan əyləndirməklə yanaşı, bir yandan kimlik məsələsini haqq-hesaba çəkir, tarixlə üzləşmək kimi ALÇALTMAQ texnikalarını işə salar. “Bu millət onsuz da barbar, alçaq və qatildir!” Soyqırımlar edib və qandan doymayıb...

“Ən böyük qəhrəmanlar belə günah içərisindədirlər”... “Tarixlə üzləşib tövbə edərsə, günahlarından təmizlənəcəklər”... (bizdə “Dahilərin divanı”nı xatırlayaq – red.)

“Milliyyətsiz”, “qlobalçı” bir TƏHSİL bu addımları tamamlayar...

Robot insanlar yaradılar... Sanki çiplərlə nəzarət edilməkdədirlər... Başqa bir dünyanın varlıqları kimidirlər. Təqdim edilən hər şeyə başa düşmüş kimi savab verirlər, lakin əslində televiziya maşının nəzarəti altında düşünməkdə və ya düşünməməkdədirlər!

Televiziyaya baxmadıqları vaxtlarda belə baxdıqları sirkdən danışarlar... Yaradılan gündəmi təqib edərlər...(məsələn, bizdə “Hara eessən ayə?” və ya “xanım” “müğənni”nin “şeirləri” və s.  – red.) Onlar o gündəmi izləyərkən çiblərindəki son quruş da getməkdə və suları da daxil olmaqla bütün məhsulları zəhərlənməkdə, üzərlərində yaşadıqları torpaqlar sahiblərini dəyişməkdədirlər... Qonşuları ilə düşmən olmaqda, düşmən olmaları lazım gələn adamlara isə həddən artıq sevgi hiss eləməkdədirlər! O səbəbdən birinci yırtılacaq pərdə MEDİANIN ÜZƏRİMİZƏ ÖRTDÜYÜ PƏRDƏDİR. Və  internet mediasına böyük maraq xalqın bu zəhəri sezməkdə olmasının göstəricisidir! Qaranlıq dövrün yeni ilinə çiçəklənən ümidlərlə gedirik və bu ümidin möhkəm təməlləri var... Tarix heç bir zaman geriyə getməz, daim irəli axar! Unutmayın, son sırada məğlub olacaq olanlar tarixin ən böyük böhranını yaşayan, bu səbəbdən ölüm yatağında quyruqlarını ora-bura çırpan QLOBAL DİNOZAVRLARDIR!

Tərcümə Hurriyyet.org-undur

P.S. Xatırladaq ki, saytımızda dərc edilən, “50 milyonluq reklam gəliri üzərində savaş – AZƏRBAYCAN TELEMƏKANINDA NƏ BAŞ VERİR?” adlı materialda bu məsələyə toxunulmuşdu: “ Azərbaycanda uzun müddətdir ki, Amerikanın AGB şirkəti fəaliyyət göstərir, o, bu gün televiziyada monitorinq keçirmək və bu və ya digər verilişlərin reytinqlərinin müəyyənləşdirilməsi üzrə dünya lideridir. İndi bu kampaniyanın ağır günləri başlanır, onu Rusiyanın TNS teleşirkəti vasitəsilə sıxışdırırlar.

Azərbaycanın bu istiqamətdə özünün texnologiyasının və keyfiyyətli mütəxəssislərinin niyə olmaması isə ayrıca müzakirə mövzusudur. Hər halda, Azərbaycan KİV və xüsusilə də televiziyasının monitorinqi – Rusiya teleşirkətinin əlində olacaq. Burada ədalətli sual yarana bilər: Rusiya şirkəti Amerika şirkətindən niyə pisdir ki, üstəlik, yəqin ki, o daha ucuz olacaq?! Cavab sadədir, Azərbaycan KİV-lərini monitorinqdən keçirən Rusiyanın müəyyən stukturları KİV-də nələrin baş verdiyi barəsində tam təsəvvürə malik olacaq və buna əsaslanaraq,  informasiya məkanında özünün, Azərbaycanı hədəfə alan, ola bilsin ki, yumşaq və maskanlanmış siyasətini yeridəcək. Halbuki, onsuz da bu siyasət gizli formada tam gücü ilə yürüdülür.

Beləliklə, Azərbaycanda müəyyən qüvvələr bütün televiziyalara nəzarəti öz əllərinə keçirməyə çalışırlar, bununla da televiziyalarının Rusiya şirkətinin monitorinqini aparacağı bütün ideoloji və maliyyə sferalarını öz əllərində cəmləyəcəklər.

TV və onun maliyyəsi kimi güclü faktorun bir əldə cəmlənməsi həm ölkədə, həm daxili siyasətdə, həm də onun hüdudlarından kənarda qüvvələr arasında böyük disbalansa, tarazlığın pozulmasına gətirəcək. Pratiki olaraq, Azərbaycan cəmiyyəti və TV-lərə pul xərcləyən reklamverənlər informasiyanı qrammofondan almış olacaq ki, bu da həm ölkə, həm də ictimai şüur üçün çox təhlükəlidir”.  Bu sitatdan o da bəlli olur ki, indiyə qədər səviyyəsiz verilişləri reytinqli adlandırıb reklamverənlərə sırıyan da ABŞ şirkəti olubmuş. Yəni media məkanı müstəqil deyilmiş, sadəcə, nəzarətçilərini dəyişmək üzrədir. http://hurriyyet.org/xeberlenti/40889-50-milyonluq-reklam-gliri-uzrind-sava-azrbaycan-telemkaninda-n-ba-verr.html

  • Hamısı
  • Loading...