Barış Atay həbs edildi

  • 2018-05-16 15:48:27
  • |
  • Region /

Barış Atay həbs edildi

Bir neçə gün bundan əvvəl sosial şəbəkədə xalqı təhdid edən aktyor Barış Atay həbs edilib.

Hurriyyet.org-un xəbərinə görə, aktyor səhər saatlarında Təhlükəsizlik İdarəsinə aparılıb.

Qeyd edək ki, B.Atayın həbsinə onunla bağlı araşdırma aparan İstanbul Təhlükəsizlik İdarəsi qərar verib.

Hazırda ifadəsi alınan Atay sosial şəbəkələrdə terrorçuluğu dəstəkləyən fikirləri təbliğ etməkdə ittiham olunur.

O, son paylaşımında xalqı təhdid edərək “Hamınız ağlayaraq üzr istəyəcəksiz. O gün gəlib çatdıqda bağışlayanı, acıyanı, ittiham edəni unutmayacağıq. “Nəvələriylə oynayan təqaüdçülərik”, “hamımız qardaşıq”, “dava istəmirik” – belə söhbətlərə yer yoxdur. Hər şey yeni başlayır. Bu ölkəyə, insanlara elədikərinizin hesabını verəcəksiz” fikirlərini səsləndirib.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA