“Barselona” rəsmisi Neymar haqda: “Səhv qərar verdiyini özü də bilir”

  • 2019-09-12 10:28:06
  • |
  • İdman /

“Barselona” rəsmisi Neymar haqda: “Səhv qərar verdiyini özü də bilir”

"Barselona" klubunun direktoru Xavyer Bordas PSJ-nin futbolçusu Neymar haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniyanın "Marca" nəşrinə danışan Bordas, Neymarın "Barselona"ya mümkün qayıdışı ilə bağlı bunları deyib: "Neymar nə zaman "Barselona"ya qayıtmaq istəsə, əlimizdən gələni edəcəyik. Neymar xüsusi biri və möhtəşəm futbolçudur. Parisə uyğunlaşa bilmədi. PSJ-yə getməklə səhv qərar verdiyini özü də bilir".

"Barselona" Neymarı bu yay PSJ-dən transfer etmək istəsə də, tərəflər braziliyalının transfer məbləğində ortaq məxrəcə gələ bilməmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA