Baş nazir daha bir MSK əməkdaşına yüksək vəzifə verdi

Baş nazir daha bir MSK əməkdaşına yüksək vəzifə verdi

Mərkəzi Seçki Komissiyasının keçmiş hüquq şöbəsinin müdiri İradə Hacıyeva Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə, İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

İ.Hacıyeva təyinatı ilə bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, İradə Hacıyeva uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Novruz  Məmmədov daha bir MSK əməkdaşınayüksək vəzifə verdi

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA