Baş nazir QƏRAR VERDİ: bu şəxslərin maaşları artır

  • 2019-09-10 10:01:33
  • |
  • Sosial /

Baş nazir QƏRAR VERDİ: bu şəxslərin maaşları artır

Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilib.

Verilən məlumata görə, Nazirlər Kabineti XDMX hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiqləyib.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA