Baş nazir yenə də Türkiyəyə qarşı KİNLİ DANIŞDI...

  • 2018-04-20 16:22:05
  • |
  • Aktual /

Baş nazir yenə də Türkiyəyə qarşı KİNLİ DANIŞDI...

Hurriyyet.org xəbər verir ki, Avstriyanın baş naziri Sebastyan Kruz prezidenti prezident Rəcəb Tayyib Ərdoğana qarşı düşmənliyini bir daha büruzə verərək deyib: “Əgər Ərdoğan və ya nazirləri, Avstriyada seçki kampaniyası çıxışlarını planlaşdıracaq olarlarsa, bu cür müdaxiləni qətiyyən qəbul etməyəcəyimizi indidən qəti şəkildə ifadə edirəm”.

Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərin iyunun 24-də keçiriləcəyini bəyan eləməsi, Avropada böyük əks-sədya səbəb olub. Kruzın rəhbərlik elədiyi Avstriya dövləti 16 aprel referendumu üçün başladılan kampaniya dövründə də “Bəli” təbliğatlarına imkan verməyən ölkələr arasında olub.

Kruz Türkiyənin Almaniya, Hollandiya və Avstriyadakı türk əhalidən istifadə eləməyə çalışdığını bildirərək deyib: “Türkiyədən gələn bu cür seçki kampaniyalarını əngəlləmək qərarım qətidir. Bunlar bizim demokratiya anlayışımızla uzlaşmır!”

Hurriyyet.org

Loading...

QALEREYA